fbpx

Bu il Azərbaycanda nə qədər neft hasil edilib?

Rüya Yorumları burda

Cari ilin yanvar-noyabr ayları üzrə respublikada 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz azdır.

BEY.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.

On bir ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb.

Rüya tabirlerini burdan oku

Neftin emalı 2024-cü ilin yanvar-noyabr aylarında ötən illə müqayisədə 8,3 faiz azalaraq 5,5 milyon ton təşkil edib.

Qeyd edək ki, cari ilin noyabr ayında respublika üzrə orta gündəlik neft hasilatı 80 min 771 ton təşkil edib. Bunun 65 min 885 tonu (486 min barel) xam neftin, 14 min 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu