fbpx

Bu il Azərbaycanda qaz hasilatı 5% artıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36,1 milyard kubmetr təbii qaz hasil edilib.

BEY.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Qaz hasilatı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5 % və ya 1,7 milyard kubmetr artıb.

Bildirilir ki, hasil edilən qazın 9,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 19,7 milyard kubmetri “Şahdəniz” yatağından, 0,4 milyard kubmetri “Abşeron” yatağından, 6,4 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,4 milyard kubmetr və ya 4,2 % azalıb, “Şahdəniz” yatağından qaz hasilatı isə 1,2 milyard kubmetr və ya 6,5 % artıb.

Rüya tabirlerini burdan oku

SOCAR üzrə qaz hasılatının həcmi 0,5 milyard kubmetr və ya 8,5 % artıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), “LUKoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) “SGC Upstream” (6,7 %) şirkətləri iştirak edir.

“Abşeron” yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizimdə “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır.

“Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında “Total” şirkəti “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.

Bu ilin avqustun 4-də isə SOCAR, Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb.

Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb. İmzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən apstrim layihələrində iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #qaz #hasilatı #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu