fbpx

Bu il Azərbaycana gələn turistlərin sayı 37 %-dən çox artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Gələnlərin 32,8 %-i Rusiya Federasiyası, 18,2 %-i Türkiyə, 7,4 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Qazaxıstan, 2,3 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla İsrail və Ukrayna, 1,4 %-i Belarus, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5 %-ni kişilər, 29,5 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan – 3,8 dəfə, Hindistandan – 2,6 dəfə, Belarusdan – 2 dəfə, Özbəkistandan – 1,9 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, İsraildən – 44,2 %, ABŞ-dan – 38,7 %, Gürcüstandan – 34,5 %, Böyük Britaniyadan – 29,2 %, Küveytdən – 26,6 %, Türkiyədən – 18,8 %, Birləşmiş Ərəb Əmirliklərindən – 15,8 %, Pakistandan – 6,3 % artıb.

2022-ci ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 % artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 % azalaraq 185,4 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycana #gələn #turistlərin #sayı #dən #çox #artıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin