Bu il Həcc ziyarəti olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu il Azərbaycandan Səudiyyə Ərəbistanının Məkkə şəhərinə Həcc ziyarəti təşkil olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Həcc ziyarətinin olacağı dəqiqləşsə də, qiymət və gedəcək insanların sayı hələ dəqiqləşdirilməyib.
Xatırladaq ki, son 2 ildir pandemiya səbəbindən Həcc ziyarətləri təşkil olunmurdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.