Bu il övladlığa götürülən uşaqların sayı açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən Metbuat.az-a verilən xəbərə görə, həmin vaxtdan 124-ü oğlan, 119-u qız olmaqla 243 uşaq övladlığa götürülüb. O cümlədən bu ilin ötən dövründə 51-i oğlan, 44-ü qız olmaqla 95 uşaq övladlığa verilib.
Hazırda isə Nazirlik valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaratmağı hədəfləyən “Himayədar ailə” modelinin tətbiqinə hazırlaşır. Bu sahədə də e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və xidmətlər sistemi qurulur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.