fbpx

Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı açıqlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında 604 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Daha sonra növbəlilik qaydasına uyğun olaraq mal və materiallarla təminat prosesi həyata keçirilir.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, həmin dövrdə ümumilikdə 6791 şəxs, o cümlədən 163 şəhid ailəsi üzvü, 549 məcburi köçkün, 1041 gənc, 2020 qadın və digər kateqoriyalardan olan şəxslər bu proqrama cəlb edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#özünüməşğulluq #proqramına #cəlb #edilənlərin #sayı #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu