fbpx

Bu il sənaye istehsalı 42 mlrd. manatı ötüb



Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən BEY.AZ-a verilən məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.

Məlumata görə, sənaye məhsulunun 64,4%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb”, – məlumatda qeyd olunur.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin