fbpx

“Bu il Şuşada zəngin ənənəvi tədbirlərimiz olacaq”

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Nazirlik bu il də ənənəvi “Xarıbülbül festivalı”, “Vaqif poeziya günləri” mədəni tədbirləri Şuşada keçirməyi planlaşdırır”.

Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, artıq sorğular müxtəlif qurumlara göndərilib: “2022-ci il cənab Prezident tərəfdən Şuşa ili elan olunduğu üçün Nazirlər Kabinetinin tapşırığı ilə tədbirlər planı hazırlanır. Artıq müxtəlif qurumlara sorğular göndərilib. Mədəniyyət Nazirliyi də burada əlaqələndirici rol oynadığını üçün biz təklifləri toplayırıq. Ayın axırına kimi təklifləri toplayıb Nazirlər Kabinetinə təqdim edəcəyik”.

Nazirin sözlərinə görə, nazirliyi Şuşada çoxşaxəli fəaliyyət gözləyir.

A.Kərimov qeyd edib ki, bu il Şuşada ənənəvi mədəni tədbirlərlə yanaşı, yeni tədbirlərin də keçirilməsi planlaşdırılır: “Bu il Xan qızı Xurşidbanu Natəvanın 190 illiyidir. Bununla bağlı Şuşada böyük bir ədəbiyyat festivalı keçirmək istəyirik.

Bir sözlə, bu il Şuşada tədbirlərimiz çox olacaq. İstəyirik Şuşada zəngin bir mədəni həyat olsun. Təbii ki, bizdən savayı digər qurumlar da təkliflərini verəcək. Biz bunların hamısını tamamlayıb Nazirlər Kabinetinə təqdim edəcəyik”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin