fbpx

Bu il yol qəzalarında 183 nəfər həlak olub

BEY.AZ informasiya agentliyi xəbər verir


2022-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb.

Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2%) fakt, ölənlərin sayı 58 (+46,4%), yaralananların sayı isə 3 (+0,8%) nəfər artıb:

“Aparılan təhlillər göstərir ki, 392 (97,3%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 / 2,2%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3%-i, başqa sözlə 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4%-i isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187 / 46,4% – 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129 / 32,0% – 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.

Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin