fbpx

Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri nə qədər olub?


Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 14 faiz və ya 207 mln. manat artaraq 1 mlrd. 701 mln. manat təşkil edib.

Bu barədə BEY.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edilib ki, fondun gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub.

Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu