fbpx

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, enerji istehlakçıları istehlak edilən enerjinin sərfiyyatını sayğacların göstəriciləri əsasında ödəyirlər.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Enerji istehlakçısı istehlak etdiyi enerjiyə dair ətraflı məlumat almaq hüququna malikdir. Enerji təchizatçısı tərəfindən enerji istehlakçısına təqdim edilməli olan məlumatın məzmunu tənzimləyici tərəfindən müəyyən edilir.

Rüya tabirlerini burdan oku

Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazlar texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğun olmalı və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmalıdır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #istehlakçılar #üçün #sayğaclar #sistem #operatorunun #vəsaiti #hesabına #təchiz #ediləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu