“Bu komanda heç vaxt 0:8 hesabı ilə uduzmayıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakının “İnter” (hazırkı “Şamaxı“) klubunun sabiq prezidenti Georgi Nikolov feysbuk hesabında paylaşım edib.
Metbuat.az xəbər verir ki, o, sabiq klubunun “Şamaxı” adı ilə ilk səfər matçında Premyer Liqanın 23-cü turunda “Qarabağ”a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb.
Klubun “İnter” adlandırıldığı dönəmdən şəkil paylaşan Nikolov bolqar, ingilis və Azərbaycan dillərində bu komandanın heç vaxt 0:8 hesabı ilə uduzmadığını vurğulayıb.
Xatırladaq ki, G.Nikolov 2006 – 2015-ci illərdə “İnter”in prezidenti olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.