Bu küçə “Formula 1″ə görə bağlanır
BEY.AZ informasiya agentliyi xəbər verir
“Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq – Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Metbuat.az-a verilən məlumata görə, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.
Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.