fbpx

Bu logistika qovşağı daşınan yüklərin həcmini artıracaq

Rüya Yorumları burda


“Rusiyanın Həştərxan vilayətində Azərbaycanın investisiya qoyuluşu ilə fəaliyyət göstərən logistika qovşağı yüklərin daşınmasının həcmini ildə 100 min tondan 200 min tona çatdırmağı planlaşdırır”.

BEY.AZ bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Azərbaycan iqtisadiyyatı” adlı teleqram kanalının məlumatına görə, bunu Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqu zamanı deyib.

O, qeyd edib ki, qovşağın gömrük və fitosanitar nəzarəti imkanları var ki, bu da kənd təsərrüfatı mallarının daşınması zamanı mühüm əhəmiyyət kəsb edir.

Babuşkinin sözlərinə görə, Həştərxan vilayəti həm su, həm də quru ilə yüklərin tranziti üçün imkanlara malikdir. Bölgənin qovşaqları vasitəsilə bir milyon tona qədər yüklərin tranziti mümkündür.

Qubernator bildirib ki, regionun liman qurğuları ildə 16 milyon tona qədər yükü qəbul etmək gücündədir. 2013-cü ildə 4,5 milyon ton emal edilib – bu, son 10 ildə ilk dəfə əldə edilən maksimum göstəricidir. 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 75% artım qeydə alınıb. O, bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, iyunun 8-dək davam edəcək Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Əsas diqqət ticarət və investisiya əlaqələrinin, o cümlədən kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəldiləcək.

Tədbirdə, həmçinin, “Dubay-Bakı: enerjidən maliyyəyə” panel sessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 müzakirə olunacaq.

Xatırladaq ki, “KDY Logistics” 2017-ci ildə dəmir yolu ilə yük daşımaları üçün keyfiyyətli xidmət təmin etmək məqsədi ilə yaradılıb.

Şirkətin baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. “KDY Logistics” Azərbaycanda və xaricdə filiallar və birgə müəssisələr tərəfindən təmsil olunur. Rusiyanin Həştərxan vilayətində Kutum stansiyasının ərazisində 60 ha yaxın sahədə fəaliyyət göstərir. Ərazidə gömrük, fitosanitariya postları, laboratoriya, süd və süd məhsullarının gömrük olunması üçün xüsusi vetraniya postu, quru yüklərin saxnaılması üçün hər ölçüdə anbar, dizbaryer,vaqonların qapalı şəraitdə boşalıb yüklənməsi üçün qapalı dəmir yol dalanları var.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu