fbpx

Bu məbləğ artırılır – 285 manat olacaq

Rüya Yorumları burda


Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

BEY.AZ-ın xəbərinə görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək. Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

Nəzərə çatdırılıb ki, dövlət büdcəsində xərclərin funksional təsnifatı üzrə növbəti ildə digər böyük artımın proqnozlaşdırıldığı bölmə “Sosial müdafiə və sosial təminat” bölməsidir. Bu bölmə üzrə xərclər cari illə müqayisədə 420,3 mln. manat və yaxud 9,6% çox nəzərdə tutulub. 2025-ci ildə “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə 4811,8 mln. manat vəsait proqnozlaşdırılıb. Bu bölmə üzrə artım əsasən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihələrinin maliyyələşdirilməsi ilə əlaqədardır. Bununla yanaşı, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddinin 270,0 manatdan 285,0 manata yüksəldilməsi müvafiq bölmə üzrə xərclərin artımına az da olsa təkan verən amillərdən (6,9 mln. manat artım) olub.



Rüya tabirlerini burdan oku






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu