Bu məntəqələrin nəticəsi ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daxil olan iki müraciətə baxılıb.
BEY.AZ-ın verdiyi məlumata görə, 78 saylı Lənkəran kənd Seçki Dairəsindən namizəd Əzizxan Əzizxanovun seçki məntəqələrində qanun pozuntuları ilə bağlı müraciəti müzakirə edilib. Seçki dairəsinin iki məntəqəsi – 29 və 32-ci məntəqələr üzrə irəli sürülən iddialar təsdiqini tapıb və nəticələri etibarsız hesab olunub. Digər məntəqələrlə bağlı iddialar əsassız sayılıb və seçki dairəsinin ümumi nəticələri dəyişdirilməyib.
Qeyd edək ki, 78 saylı Lənkəran Kənd Seçki Dairəsində lider namizəd Anar İsgəndərovdur.
16:39 Nəticəsi ləğv edilən məntəqələrin sayı artdı
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |