Bu məntəqələrin nəticəsi ləğv edildi
24 saylı Nizami birinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin bəzi məntəqələrində seçki nəticələri ləğv edilib.
BEY.AZ “Qafqazinfo” xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında məlumat verilib.
Qeyd olunub ki, 24 saylı Nizami birinci dairəsindən namizəd Şükürova Ülviyyə seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edərək səsvermə nəticələrinin ləğvini tələb edib.
Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Namizəd səsvermə günü səsvermə prosesinin qanunvericiliyə uyğun aparılmadığını iddia edib. İddia edilən pozuntularla əlaqədar 24 saylı Nizami seçki dairəsinin komissiyası tərəfindən araşdırılıb və iddianın əsassız olduğu bildirilib.
MSK-nın ekspert qrupu tərəfindən aparılan Araşdırma zamanı isə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermə nəticələrinə təsir edə biləcək pozuntular aşkar edilib. Qeyd edilən seçki məntəqələrində səsvermə nəticələri ləğv edilib və Ülviyyə Şükürovanın müraciəti qismən təmin edilib. Təklif səsə qoyularaq qəbul edilib.
23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Əziz Əzizov seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.
Müraciətçi sözügedən dairənin bir sıra məntəqələrində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib. Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Namizəd səsvermə günü səsvermə prosesinin qanunvericiliyə uyğun aparılmadığını iddia edib.
Əziz Əzizov sözügedən dairənin 10 məntəqəsində pozuntuların olduğunu bildirib. Lakin MSK ekspert qrupu tərəfindən aparılan araşdırma zamanı sadəcə 17 saylı seçki məntəqəsində müraciətə uyğun pozuntuların olduğunu təsdiqlənib. Dairə seçki komissiyası tərəfindən Əziz Əzizovun müraciəti qismən təmin edilib və sözügedən məntəqə üzrə səsvermə nəticələri etibarsız hesab edilib. Təklif səsə qoyularaq qəbul edilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |