fbpx

Bu məhsul yenidən bahalaşacaq – XƏBƏRDARLIQ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 3-4 manat artım olduğu bildirilir. Bundan başqa, marketlərdə şəkər tozunun məhdud sayda satılması barədə xəbərlər dolaşır.

Metbuat.az bildirir ki, şəkər qıtlığı yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. “Reuters” agentliyi “Green Pool” analitik agentliyinə istinadən yazır ki, bu il şəkər istehsalında 1,01 milyon ton həcmində kəsirin qeydə alınacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib.

Rüya tabirlerini burdan oku

Ölkədə şəkər qıtlığının səbəbi nədir? Gündəlik tələbat malları içərisində önəmli yer tutan şəkərin qiymətində daha çox artım ola bilərmi?

Mövzu ilə bağlı “Modern.az”a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli şəkər tozu qıtlığının yaranma səbəblərini belə izah edib:

“Mövsümlə əlaqədar olaraq şəkər tozuna tələbat artıb. Yəni insanlar kompot və ya mürəbbə bişirirlər. Qış üçün şəkərlə tədarük olunan məhsulların artmasına görə tələbat da çoxalır. Bunun nəticəsində əvvəlki qayda ilə tədarük olunan şəkər tozunun qıtlığı yaranır, bu isə öz növbəsində qiymətin artmasına səbəb olur”.

Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq mümkündür:

”Ölkə daxilində ən böyük şəkər istehsalçısı “Azərşəkər” zavodudur. O zavodla hökumət arasında müəyyən razılaşma olmalıdır ki, yay aylarında şəkərə olan tələbatın artması nəzərə alınsın. Məhsulu başqa aylarda tədarük edib, yay aylarında daha geniş şəkildə satışa çıxarmaq olar. Bugünkü qiymət artımını aradan qaldıra bilərik. Amma zavodun işi də tənzimlənməlidir. Ölkədəki əsas şəkər istehsalçısı İmişlidəki şəkər zavodudur. Məsələn, yanvar ayından indiyə qədər şəkər zavodu təqribən 20 min ton şəkər ixrac edib. Həmin ixracatın 3-5 tonunu saxlayıb yay aylarında satışa çıxarsa, həm artan tələbat ödənilər, həm də şəkərin qiyməti sabit qalar. Rəqabət mühiti olmadığına görə zavod buna əhəmiyyət vermir. Hökumət bu barədə zavoda tapşırıq verməlidir”.

Akif Nəsirli düşünür ki, şəkər tozunun qiyməti sentyabr və oktyabr aylarında yenidən arta bilər:

“Zavod şəkəri tələbata uyğun bazara çıxara bilməsə, sentyabr və oktyabr aylarına qədər şəkər tozunun məhdud sayda olması halı davam edəcək. Ümumi qiymət artımına uyğun olaraq, şəkərin 5-10 qəpik bahalaşması mümkündür. Ancaq həddindən artıq qiymət artımının olacağını düşünmürəm. Çünki dünya bazarında şəkərin qiyməti o qədər də baha deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#məhsul #yenidən #bahalaşacaq #XƏBƏRDARLIQ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu