Bu marketlərdə nöqsanlar AŞKARLANDI
BEY.AZ informasiya agentliyi xəbər verir
21 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub.
Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#marketlərdə #nöqsanlar #AŞKARLANDI