fbpx

Bu müəllimlər cari ildə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ildə dövlət ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif fənləri üzrə dərs deyən bütün müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Təhsil İnstitutu (ARTİ) tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərlə maarifləndirici görüşlərə start verilib. İlk görüş Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri ilə baş tutub.

Rüya tabirlerini burdan oku

Görüş çərçivəsində qeyd olunan fənlər üzrə sözügedən məktəblərdə çalışan 300-ə yaxın müəllimlə müzakirə aparılıb. Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.

Bununla yanaşı, müəllimlərə dəstək məqsədilə ARTİ-nin rəsmi “Facebook” səhifəsində mütəmadi olaraq vebinar və materiallar paylaşılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#müəllimlər #cari #ildə #sertifikatlaşdırma #prosesinə #cəlb #olunacaqlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu