Bu, müharibənin gedişini dəyişə bilər
“Ukraynanın Kurska hücumu Rusiya ilə müharibənin trayektoriyasını dəyişə bilər”.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Tədqiqi İnstitutunun (ISW) təhlilində deyilir. Analitiklər bildirir ki, müharibə təbiətcə dəyişir və bu, dünyada gələcək bütün münaqişələrə təsir edəcək:
“Ukrayna Kursk vilayətinin işğalında Rusiyanın sərhədyanı bölgələrində hazırlığın olmamasından istifadə edərək əməliyyat surprizinə nail oldu”.
ISW hesab edir ki, Ukrayna rus qoşunlarının arxada böyük istehkamlar tikməkdənsə, demək olar ki, bütün cəbhə xəttinə aylarla hücum etməsi faktından faydalana bilər. Analitiklər bəyan ediblər ki, Ukrayna tək həlledici zərbə endirməkdənsə, bir sıra kiçik, ardıcıl əks-hücumları planlaşdırıb həyata keçirməklə əməliyyat manevrini bərpa edə bilər.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |