“Bu, münaqişənin sona çatması üçün siqnal olacaq”
“Qəzzada xəstəxanaya hücum faciə və humanitar fəlakətdir, ümid edirəm ki, bu, münaqişənin sona çatması üçün siqnal olacaq”.
BEY.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünən Qəzzada xəstəxanaya edilən hücumla bağlı danışarkən deyib.
O bildirib ki, tərəflər mümkün qədər danışağa getməlidir:
“İstənilən halda diqqətimizi bəzi təmaslara və danışıqlara başlamaq imkanlarına yönəltməliyik”.