Bu ölkə Kiyevə rekord sayda PUA göndərdi
Latviya Ukraynaya 1300 dron göndərib, daha 1400 dron isə tədarük üçün hazırlanır.
BEY.AZ xəbər verir ki, bununla bağlı Latviyanın müdafiə naziri Andris Spruds “X” sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, ümumilikdə Ukraynaya Latviya istehsalı olan 2700 PUA tədarük ediləcək.
Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, ümumilikdə Latviya Kiyevə müxtəlif tipli və xüsusiyyətli 3 min pilotsuz uçuş aparatı verib.
“Latviya şirkətləri ilə birlikdə biz Ukraynanın qələbəsinə qədər dəstəyimizi davam etdirəcəyik”, – Spruds vurğulayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |