Bu ölkədə dəhşətli avtobus qəzası
Braziliyanın şərqində ağır avtobus qəzasında azı 38 nəfər həlak olub.
BEY.AZ xəbər verir ki, “G1” portalı yerli yanğınsöndürmə xidmətinə istinadən məlumatına görə, avtobusun təkəri partlayıb və nəticədə sürücü idarəetməni itirərək yük qoşqusuna çırpılıb.
Bundan sonra onu izləyən avtomobil avtobusa çırpılıb. Toqquşma nəticəsində avtobus yanıb.
Qəza nəticəsində magistralın bir hissəsində avtomobillərin hərəkəti tamamilə bağlanıb.
Avtobus San-Pauludan Bahia ştatının Vitoriya da Konkista şəhərinə gedirmiş.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |