Bu ölkədə eyni anda 1200 partlayış baş verdi Dəhşətli əməliyyat
Livanın müxtəlif yerlərində peycerlərin partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb.
BEY.AZ xəbər verir ki, 3 minə qədər insan yaralanıb. Onlardan 200-nin vəziyyəti ağırdır. Livan tərəfi iddia edir ki, hücum İsrail kəşfiyyatı tərəfindən həyata keçirilib. Məlumata görə, peycerlərdən əsasən “Hizbullah” hərəkatı üzvləri istifadə edirmiş. “Hizbullah” üzvləri dinləmə əleyhinə peycerlərdən istifadə edirmiş. Yaralılar arasında “Hizbullah”ın yüksək rütbəli nümayəndələrinin də olduğu deyilir. Haker hücumu nəticəsində 1200 peycerin uzaqdan partladıldığı irəli sürülüb.
Bildirilir ki, İsrail kəşfiyyatı “Hizbullah” üzvlərinin fərdi peycerlərinə uzaqdan müdaxilə edə bilib. Müdaxilədən sonra peycerlər həddindən artıq qızaraq partlayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |