Bu ölkədə həbsxanadan qaçmaq istəyən 129 nəfər öldü
Konqo Demokratik Respublikasında Kinşasadakı Makala həbsxanasından qaçmağa cəhd zamanı azı 129 nəfər ölüb, 59 nəfər yaralanıb.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik üzrə baş nazirinin müavini Jakmin Şabani bildirib.
Onun sözlərinə görə, iğtişaşlar fonunda həbsxanada yanğınlar başlayıb. Nəticədə bir neçə inzibati obyekt və ərzaq anbarları dağıdılıb.
Bildirilib ki, Makala həbsxanası 1,5 min məhbus üçün nəzərdə tutulub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |