Bu ölkədə Milada 9 milyard avro xərclənəcək
İtalyanların Milad bayramı alış-verişinə təxminən 9 milyard avro xərcləyəcəkləri gözlənilir.
BEY.AZ Axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmaya görə, italiyalılar üçün bütün şənliklər, səfərlər və yemək xərcləri ümumilikdə 25 milyard avroya başa gələcək. Hər ailənin bayramlar üçün orta xərci 992 avro olacaq.
Tətil öncəsi son həftəsonu alış-veriş xərclənməsinin məbləği isə 1,5 milyard avro olacağı gözlənilir. Vəsaitlər əsasən şam ağacının altına qoyulacaq hədiyyələrə və “qara cümə” endirimlərinə sərf ediləcək. Orta hesabla bu alış-verişlərə adambaşına 225 avro büdcə ayrılacaq. Ən çox axtarılan hədiyyələr arasında geyim və aksesuarlar, oyuncaqlar, parfümeriya və kosmetika məhsulları, eləcə də kitablar var.
Səyahət tətilinə çıxacaq milyonlarla italiyalı isə təxminən 12,7 milyard avro nəzərdə tutulur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |