fbpx

Bu ölkədə qara görə hava limanları bağlandı


Böyük Britaniyada qarlı hava səbəbindən bir sıra hava limanlarında reyslərdə və yollarda çoxsaylı qəzalara səbəb olub.

BEY.AZ “Report”a istinadən xəbər verir ki, İngiltərənin şimalında qar örtüyü 25 sm-ə çatıb.

Məlumata görə, Mançester, Lids və Liverpul hava limanlarının uçuş-enmə zolaqları qar yağması səbəbindən müvəqqəti olaraq bağlanıb. Yanvarın 5-də səhər saatlarında Birmingem hava limanının bir neçə saatlıq fəaliyyətini dayandırdığı dəqiqləşdirilir.

Telekanal qeyd edir ki, ölkənin hər yerində qarlı yollarda avtoqəzaların sayı artıb.

Yerli hakimiyyət orqanları həmçinin mümkün qatar gecikmələri barədə xəbərdarlıq edir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Liverpul Şəhər Şurası yanvarın 5-də saat 16:30-a (Bakı vaxtı ilə 20:30) nəzərdə tutulan İngiltərə Premyer Liqasının “Mançester Yunayted” və “Liverpul” futbol klubları arasında keçiriləcək oyununu da ləğv edə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Ana Sayfa