Bu ölkədə zəlzələ baş verdi
Bosniya və Herseqovinada 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
BEY.AZ xəbər verir ki, bu barədə Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Serb Respublikasının Hidrometeorologiya İnstitutunun Seysmoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanın episentri Tesliç bələdiyyəsindən 18 kilometr aralıdakı Donyi Oçauşda olub. Zəlzələnin köhnə və az tikilmiş binalara cüzi ziyan vurduğu bildirilib. Yeraltı təkan episentral zonada güclü hiss edilib.
İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı olmayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |