Bu ölkənin başçısı Putinə 2 ov iti hədiyyə etdi
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ölkəyə səfəri zamanı iki ov iti hədiyyə edib.
BEY.AZ-ın xəbərinə görə, bu məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.
Sözügedən itlərin nadir pungsan cinsinə aid olduğu bildirilir.
Qeyd edək ki, V.Putin iyunun 18-19-da Şimali Koreyada səfərdə olub. Səfər çərçivəsində Rusiya və Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında yeni müqavilə imzalanıb.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edərək Vladimir Putinlə görüşmüşdü. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət etmiş və dəvət qəbul edilmişdi.
Putin Kim Çen Inın səfərindən sonra ona ölkənin yerli istehsalı olan “Aurus” markalı avtomobil hədiyyə etmişdi.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |