Bu ölkədə 7,2 bal gücündə zəlzələ oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Fici adalarında 7,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qurum zəlzələnin episentrinin Sakit okeanın cənubunda yer alan Fici Respublikasının Suva şəhərindən 710 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
İlk araşdırmalara görə, yerin 160 kilometr dərinliyində baş verən 7,2 bal gücündə zəlzələdə can və mal itkisi yoxdur.
Zəlzələdən sonra sunami xəbərdarlığının olmadığı qeyd edilib.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ölkədə #bal #gücündə #zəlzələ #oldu