fbpx

Bu ölkədə israfçılığa görə 500 milyon avroyadək cərimə tətbiq olunacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İspaniyada yeni qanuna görə, yeməyi israf edən şəxslər 60 000 avroya qədər cərimələnəcək.

Metbuat.az “El Pais” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın Nazirlər Şurası restoranları müştərilərə yemək artıqlarını özləriylə götürə biləcəkləri barədə məlumat verməyə məcbur edən qanun layihəsini təsdiqləyib.

2020-ci il hesabatlarına görə, ispan ailələri hər il 1,364 milyon kilo ərzaq atır, bu da adambaşına orta hesabla 31 kilodur.

Rüya tabirlerini burdan oku

Tətbiq edilən tədbirlər arasına qida zəncirindəki bütün agentlikləri israfçılığa yol verməmək üçün plan hazırlamağa məcbur etmək daxildir. Bundan əlavə, bu qanunvericiliyə uyğun gəlməyən barlar, restoranlar və ya supermarketlər üçün sanksiyalar nəzərdə tutulur.

Belə ki, şirkətlər təşkilatlarla yığım, saxlama və daşıma şərtlərini müəyyən edən müqavilələr bağlamağa borclu olacaqlar, hər bir qidanın haradan gəldiyi isə bilinməlidir

Əgər qidanın insan istehlak üçün çatdırılması mümkün deyilsə, sözügedən qida konserv və ya mürəbbə kimi digər məhsullara çevrilməlidir. Digər variantda heyvan yemi kimi istifadə edilməlidir. Plana görə digər istifadə qaydası isə yanacaq əldə etmək üçün təkrar emaldır. Bu tələblər barlardan tutmuş böyük ticarət sahələrinə qədər qida məhsulları təqdim edən müəssisələrə ünvanlanıb.

Qaydalara əməl etməyənlər 2 000 – 60 000 avroyadək cərimə olunacaq. Normalar təkrar pozularsa, o halda cərimənin məbləği 500 milyon avroya çata bilər. Bu qaydaların adi insanlara tətbiqi nəzərdə tutulmur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu