Bu ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət
BEY.AZ informasiya agentliyi xəbər verir
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Koreyanın Çunqçxonbuk-do əyalətində dabaq, İndoneziyanın Kalimantan-Selatan əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-a bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə Koreyanın Çunqçxonbuk-do əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, İndoneziyanın Kalimantan-Selatan əyalətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ölkələrdən #heyvandarlıq #və #quşçuluq #məhsullarının #idxalına #məhdudiyyət