fbpx

“Bu partlayış Ramazanın 2-ci günü baş versəydi, nə deyəcəkdilər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Tanınmış ilahiyyatçı Elşad Miri Bakıda baş verən partlayışı dinlə əlaqələndirənlərə cavab verib.

Metbuat.az onun yazısını təqdim edir:

“Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi” demək vicdanlı insanın sözü deyil. Ramazanın 2-ci və ya 3-cü günü baş versəydi, nə deyəcəkdilər? Ramazan ayında Ukraynada baş verənlərə nə deyəcəklər? Yaxud bu ayda müxtəlif məkanlarda əyləndikləri halda heç bir hadisə baş verməyənlərə o zaman haqq qazandıracaqlar?

Rüya tabirlerini burdan oku

Biri deyir məhərrəmlikdə toy etmək olmaz, digəri may ayının ağır olduğu iddia edir… Bu dar düşüncənin ağızdan çıxan ifadələridir. Həmin günlərdə baş verən bədbəxt hadisənin də belə «qiymətləndirirlər». Kimin necə və hansı formada öləcəyini heç kim bilməz. Bu cür iddai sahiblərinin ölüm anına kimi eyni düşüncədə qalacağına da zəmanət yoxdur.

Bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə məlumat üçün qeyd edim ki, Allahın qəzəblə əlaqəli adı və sifəti də yoxdur. Allahı qəzəbləndirənlər ən böyük zülm olaraq Ona ortaq qoşanlardır. Başqalarına böhtan atanlardır. Öz fikirlərini Allaha istinad edənlərdir. Onun mesajlarını dəyişdirib təqdim edənlərdir (“Bəqərə” surəsi, 2/79; “Ali-İmran” surəsi, 3/78).

İnsanlar necə əylənəcəklərinə özləri qərar verirlər. Allah insanlara Ona güvənib yaşamaq və ya inkar edib yaşamaq seçimini verib. Yaddan çıxarmayaq ki, günahsız insan yoxdur. Tövbə qapısı da ölüm anına kimi açıqdır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu