fbpx

Bu prosesdən sonra, bitkoin bahalaşacaq

Rüya Yorumları burda


İyulun 3-dən etibarən bitkoinin son 4 ay üzrə ümumilikdə 25% dəyər itirməklə, 53.000 dollara eniş etdiyini müşahidə etdik. Bitkoin ilə paralel olaraq, digər altkoinlər də ciddi dəyər itirdi. Kriptovalyuta bazarında hazırki panikanın 2 əsas fundamental səbəb var: 2014-cü ildə iflas etmiş Mt. Gox birjasının istifadəçilərinə kompensassiya ödənişləri elanı və Almaniya hökumətinin müsadirə edilmiş (38.826 BTC) bitkoinləri satmaq qərarı”.

Bu sözləri BEY.AZ-a açıqlamasında kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib. Ekspertin sözlərinə görə, bu aktivlərin geri qaytarılması kütləvi satışlara səbəb ola biləcəyi ehtimalını yaradır və kriptovalyuta bazarında qiymətlərə mənfi mənada öz təsirini göstərir:

“Mt.Gox birjası dünyanın ilk və ən populyar bitkoin birjalarından biri idi. 2014-cü ilin fevral ayında birja fəaliyyətini dayandırdı və haker hücumu səbəbindən 850.000 BTC-dən çox itkisi olduğunu elan etdi. Bunlardan təxminən 200.000 BTC sonradan bərpa edildi. Həmin vaxtdan bəri 24.000-dən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyirdi.

İndiki halda müştərilərə 142 000 bitkoin, 143 000 “bitcoin cash” və 69 milyard yapon yeni ödəniləcəyi vəd edilir və təzminat ödənişi prosesi Bitbank, SBI VC Trade, Bitstamp, Kraken, BitGo birjaları vasitəsilə həyata keçiriləcək”.

Ekspert bildirib ki, yaxın vaxtlarda uçot faiz dərəcəsi azaldılacaq və bu, bitkoinin qiymətinin yüksəlməsinə səbəb olacaq:

Rüya tabirlerini burdan oku

“ABŞ Federal Rezerv Sisiteminin rəhbəri Cerom Pauel iyulun 10-u Senatda çıxışından sonra, bitkoin yenidən 59.000 dolları keçib. Cerom Pauel Bank Komitəsinin dinləmələri zamanı qeyd edib ki, ABŞ iqtisadiyyatı artıq müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, uçot faiz dərəcələrinin aşağı salınması məsələsi getdikcə daha məcburedici xarakter alır.

Pauel bildirib ki, son aylarda inflyasiya yaxşılaşır, bu da monetar siyasətin yumşaldılması üçün əsas yaradır. Bu o dəməkdir ki, yaxın aylarda uçot faiz dərəcəsinin aşağı endirilməsi müşahidə edəcəyik. FED uçot faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiyməti qalxacaq”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu