Bu qəsəbəyə yeni marşrut xətti açılacaq
Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır.
Bu barədə BEY.AZ-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
AYNA tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaş müraciətləri nəzərə alınaraq Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə dekabrın 29-dan 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.
Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |