fbpx

Bu qurumlara 5,4 milyon manat ayrıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5.424,0 min (beş milyon dörd yüz iyirmi dörd min) manat vəsait ayrılıb.

Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində göstərilən cari təmir işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Rüya tabirlerini burdan oku

Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#qurumlara #milyon #manat #ayrıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu