fbpx

Bu qurumun işçilərinin say həddi artırıldı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Energetika Nazirliyinin strukturunun və aparatın işçilərinin say həddi artırılıb.

BEY.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 220 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 160 ştat vahidi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 60 ştat vahidi müəyyən edilib. İndiyə qədər Azərbaycan Respublikası Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 200 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 160 ştat vahidi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilmişdi.

Başqa sözlə, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidindən 60-a qaldırılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #qurumun #işçilərinin #həddi #artırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu