Bu rayona sürət qatarı gedəcək
“Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində fəaliyyətə başlayacaq.”
BEY.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Rövşən Rüstəmovun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir.
O, həmçinin qeyd edib ki, bu xətt üzrə yataq tipli vaqonlardan istifadə ediləcək. Köhnə nəsil yataq tipli vaqonlar müasirləşdirilməli olacaq, çünki uzaq məsafələrə səyahət edən sərnişinlər bu tip vaqonlara üstünlük verirlər. Hazırda bütün məsələlər hərtərəfli şəkildə nəzərdən keçirilir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |