fbpx

Bu rayonlarda 3 gün qaz olmayacaq



Ağsu və Kürdəmirdə 3 gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BEY.AZ-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, fasiləyə səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt” yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsidir. Odur ki, “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun(Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd,1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin