fbpx

Bu rayonun bələdiyyə sədrinə cinayət işi başlanıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Qubada sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.

Bu barədə Metbuat.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2015-2019-cu illərdə rayonun Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Rüya tabirlerini burdan oku

Müəyyən edilib ki, Laləzər Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurub.

Toplanan sübutlar əsasında Laləzar Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu