fbpx

Bu rayonunun yol tikintisinə 4,9 milyon manat ayrıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Sərəncamla iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 4,9 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#rayonunun #yol #tikintisinə #milyon #manat #ayrıldı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin