Bu restoran və marketlərdə nöqsanlar aşkarlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirib.
Metbuat.az xəbər verir ki, monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
||||
1 |
“Elvin” market |
Quba şəhəri, Fətəli Xan küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı |
|
2 |
“Park” market |
Şirvan şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
İctimai iaşə müəssisələri |
||||
3 |
“Darçın” restoranı |
Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43B |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
4 |
“Kings Baku” restoranı |
Nərimanov rayonu, M.Araz küçəsi, ev 64A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
5 |
“Şah Sarayı” restoranı |
Gəncə şəhəri, V.Xuluflu küçəsi 131 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
6 |
“Kino” kafesi |
Quba şəhəri, H.Əliyev küçəsi, ev 42 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı |
|
7 |
“Buta Fast Food” dönər evi |
Quba şəhəri, H.Əliyev prospekti |
Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı |
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#restoran #və #marketlərdə #nöqsanlar #aşkarlandı