fbpx

Bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər

Rüya Yorumları burda

Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub.

BEY.AZ xəbər verir ki, qardaş Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub.

Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik.

Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:

Rüya tabirlerini burdan oku

“Bununla yanaşı, yaşayış ünvanının 100 metrə məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.

Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqala) pulsuz istifadə edə bilərlər.

Bununla yanaşı, “Polis haqqında” Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu