Bu şəxslər hər gün kivi yeməlidir
Turş dada malik olan kivinin tərkibində yüksək miqdarda C vitamini mövcuddur. Az kalorili olduğu üçün arıqlamaq istəyənlər üçün ideal meyvə olan kivinin bir çox faydaları mövcuddur.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, kivinin faydaları aşağıdakılardır:
– Kivi həzm sistemini yaxşılaşdıraraq bağırsaqdakı proteinləri parçalayan fermentlərə sahibdir.
– Kividə olan C vitamini astma xəstələrində xırıltılı tənəffüs simptomlarını yüngülləşdirməyə yardım edir. Bu, əsasən uşaqlar üçün faydalıdır.
– Kivi gözlərə faydalıdır. Meyvənin tərkibindəki “zeaksantin” və “lutein” gözləri A vitamini ilə təmin edir.
– Çox az kaloriyə sahib olan kivinin tərkibində az miqdarda yağ var. Odur ki, kivi çəki atmaq istəyənlər üçün faydalı meyvədir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.