fbpx

Bu şəxsləri 4 il həbs gözləyir

Rüya Yorumları burda


Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər həbs olunacaq.

BEY.AZ bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, artıq nikaha daxil olmağa məcbur etmə deyil, “erkən evlilik” anlayışı qanunvericiliyə daxil edilir. “Erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşüləcək.

Beləliklə, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə də üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Rüya tabirlerini burdan oku

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu