fbpx

Bu şəxslərin sosial yardımı kəsiləcək

Rüya Yorumları burda


Sosial ödənişlərin hansı hallarda dayandırıldığı açıqlanıb.

BEY.AZ xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda öz əksini tapıb.

Qaydalara əsasən, aşağıdakı hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır:

– sosial müavinətlərə münasibətdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə;

– ayrı-ayrı kateqoriya şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinə, kompensasiyaya münasibətdə;

Rüya tabirlerini burdan oku

– aidiyyəti hüquqi aktlarda nəzərdə tutulmuş təqaüdün və ya kompensasiyanın ödənişinin dayandırılmasına səbəb olan hallardan biri baş verdikdə;

– təqaüd və ya kompensasiya alan şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;

– şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda;

– özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətə münasibətdə;

– müavinət alan şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;

– dövlət müəssisəsinin özəlləşdirilməsi başa çatdıqda və yaxud müəssisəni idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə.

Aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan və aidiyyəti hüquqi aktlarla digər sosial ödənişlərin dayandırılmasına səbəb olan hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda sosial ödənişlərin ödənilməsi MEİS-nin “Sosial ödənişlər” altsistemi tərəfindən avtomatik olaraq dayandırılır:

– MEİS-də əmək pensiyası alan şəxslər barədə məlumat;

– şəxsin əlillik müddətinin bitməsi barədə məlumat;

– əmək müqaviləsi bildirişi üzrə məlumat;

– Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində;

– sosial ödəniş alan şəxsin ölüm haqqında şəhadətnaməsi;

– şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə;

– “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi;

– Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” və “Tələbə-məzun” dövlət elektron məlumat sistemində və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində;

– təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat;

– dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat;

– Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində sosial müavinət alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat;

– Sosial ödənişin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, şəxs bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən 20 edilmiş formada ərizə ilə müraciət edir və onun sosial ödəniş almaq hüququna yenidən baxılır

– Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu