fbpx

“Bu şəhərdə”nin səhnəciyi İranda səs-küyə səbəb oldu

BEY.AZ informasiya agentliyi xəbər verir



“Bu şəhərdə”nin Heydər Əliyev Sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial mediasında müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “Milyonçu şouda iranlı nazir” başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb.

Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib.

İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.

“Tehran mediası səhnəcikdəki dialoqu “tarixin saxtalaşdırılması” adlandıraraq, tamaşaçılara yalan informasiyanın çatdırılmasında aktyorları günahlandırır.

Həmçinin, sonda Rafael İsgəndərovun “O taylı-Bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsi isə Quzey sənətçilərinin Xordad qiyamı ərəfəsində Güneylə həmrəylik göstərməsi kimi qarşılanıb.








Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəhərdənin #səhnəciyi #İranda #səsküyə #səbəb #oldu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin