fbpx

Bu şəxslərə verilən ödənişlərin məbləği ARTIRILDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ardıcıl addımlar atılır. Sosial müdafiənin və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dair atılan bu addımlar vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşması ilə müşayiət olunur. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq il ərzində keçirilən imtahanlarda müəyyən təşkilatların, dövlət qurumlarının, elm-təhsil müəssisələrinin on minlərlə əməkdaşının iştirakı təmin olunur və onlara gördükləri işə uyğun olaraq ödəniş edilir.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən tədbirlər, həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (Qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli 6 №-li Qərarı nəzərə alınaraq Mərkəz tərəfindən imtahanlara cəlb olunan ştatdankənar işçilərə, imtahan rəhbərləri, nəzarətçilər, digər məsul şəxslər, mütəxəssis və ekspertlərə yerinə yetirdikləri işlərə və göstərdikləri xidmətlərə görə ödənilən haqların məbləğləri artırılıb.

Bununla bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2 mart 2023-cü il tarixində “Ştatdankənar işçilərin, mütəxəssis və ekspertlərin yerinə yetirəcəyi işlər və xidmətlər üçün ödənilən haqların məbləğlərinin təsdiq edilməsi haqqında” əmr imzalayıb.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəxslərə #verilən #ödənişlərin #məbləği #ARTIRILDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu