fbpx

Bu şəxslər əlavə müavinət alacaqlar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.

Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.

Rüya tabirlerini burdan oku

Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.

Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu